AZ

Şri-Lankada yarış avtomobili trasdan çıxdı - Yeddi nəfər öldü

Şri-Lankada yarış zamanı avtomobil trasdan çıxaraq tamaşaçıların üzərinə gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Newsfirst" məlumat yayıb.

Hadisə Diyatalava şəhərində baş verib.

Hərbi qarnizonun ərazisindəki adada keçirilən "Fox Hill Super Cross" dairəvi yarışında yeddi nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Yarışı izləməyə 100 mindən çox insanın gəldiyi qeyd edilir.


Müəllif: Teleqraf.com
Seçilən
41
3
teleqraf.com

4Mənbələr