AZ

“Özüm kimi gözəl qızım olacaq”

"Özüm kimi gözəl bir qızım olacaq”. Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Sözbaz” verilişinə müsahibəsində deyib. Vəkil Ramil Vəliyevlə ailəli olan ifaçı dünyaya gələcək övladlarına ad seçmədiklərin ibildirib:“Ən çətini dünyaya gələcək övladımıza ad seçməkdir. Adla bağlı ağlıma heç nə gəlmir. Çünki düşünürəm ki, bu, çox məsuliyyətli bir məsələdir. Uşaq böyüyəndə adından utanmamalıdır, əksinə sevməlidir. Mən adın insan taleyinə təsiri məsələsinə inanıram. Ona görə qızıma elə bir ad seçməliyəm ki, həyatına gözəl yansısın". Xatırladaq ki, Aysun İsmayılova ötən ilin sonunda ikinci dəfə ailə həyatı qurub. Ziyafət Əlisoy

Seçilən
91
2
bakivaxti.az

7Mənbələr