AZ

ABŞ-nın yardımı Ukraynanı xilas edəcəkmi?

ABŞ-nın

Amerika Birləşmiş Ştatlarının yeni yardım paketi Kiyevə müəyyən fasilə versə də, Ukraynadakı döyüş meydanında gözlənilən dönüş nöqtəsi hələ ki, çox uzaqdadır.

Reyting.az
xəbər verir ki, bunu “Bloomberg” nəşri yazıb.

Məlumata görə, ABŞ-nın Ukraynaya yardımının Rusiya ilə savaşda Kiyevin vəziyyətini yaxşılığa doğru dəyişməsinə kömək edəcəyi sual doğurur. Bildirilir ki, yeni maliyyə paketi Ukrayna Silahlı Qüvvələrinə müəyyən müddət ərzində ancaq möhlət verəcək.

Nəşrin yazdığına görə, Ukraynadakı döyüş meydanında vəziyyət düşünüldüyündən daha mürəkkəbdir. "Kiyevin irəliləyiş əldə etməsi üçün daha çox vəsaitə, daha çox yardıma ehtiyacı var, lakin belə görünür ki, heç kim bunu təmin etməyəcək",- deyə nəşr yazır.

Qeyd edilir ki, ABŞ-nın Ukrayna üçün nəzərdə tutduğu 60 milyard dollardan da artıq yardım paketi mövcud vəziyyətdə çox çətin mühasirədə qalmış Ukraynanın Silahlı Qüvvələrinin həyat xətti olacaq. Lakin bütün bunlara baxmayaraq qəbul ediləcək yardım qərarı belə təkbaşına bu ölkənin, Ukraynanın indiki durumunu və münaqişənin gedişatını elə də asanlıqla dəyişdirməyəcək.

Bildirilir ki, şənbə günü ABŞ Nümayəndələr Palatasında yardım məsələsinə “yaşıl işıq” yandırılsa da, çox şeylər ABŞ-nın hərbi, iqtisadi yardımının cəbhə bölgələrinə nə qədər sürətlə çatdırılmasından asılı olacaq.

"Bloomberg" daha sonra xatırladır ki, bir neçə müddətdir Rusiya öz işğalçı istəyinə çatmaq üçün sürətlə hərəkətə keçib və ABŞ Konqresinin maliyyə yardımının təsdiqini ləngitməsindən məhərətlə yararlanır.

Oqtay QORÇU
Seçilən
109
41
reyting.az

10Mənbələr