AZ

Zelenski: "Dünyadakı vəziyyət həqiqətən Rusiyanın xeyrinədir"

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, dünyada mövcud vəziyyət Rusiyanın xeyrinədir. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən yazır.

Ukrayna lideri fransalı bloger Hüqo Traverə müsahibə verib. Bloger prezidentdən Ukrayna ilə İran və İsrail arasında son gərginlik, eləcə də Qəzza zolağındakı vəziyyət arasında əlaqə görüb-görmədiyini soruşub.

"Biz başa düşürük ki, dünyadakı vəziyyət həqiqətən Rusiyanın xeyrinə oynayır", deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, Kiyev düşmənin güclü tərəflərini tanımalıdır.

Bundan əvvəl Zelenski deyib ki, Qərb ölkələri Rusiya ilə genişmiqyaslı münaqişədən qorxduqları üçün qoşunlarını Ukraynaya göndərmirlər. Ukrayna lideri qeyd edib ki, Yaxın Şərqdə İsrailə aktiv yardım Qərb liderlərinin İranla müharibə ehtimalına inanmadığını nümayiş etdirir. 

Ağ Evin sözçüsü Metyu Miller daha sonra bildirib ki, İsrail Kiyevdən fərqli olaraq ABŞ-ın uzunmüddətli hərbi müttəfiqidir, ona görə də Vaşinqton İranın cavab hücumunu dəf etmək üçün tədbirlər görüb, lakin Ukrayna səmasında Rusiya raketlərini əks etdirmək niyyətində deyil.

Samir

Seçilən
224
50
hit.az

10Mənbələr