AZ

Ombudsman: Ermənistanın hərbi əməliyyatlarda uşaqlardan istifadə etməsinə dair hesabatlar hazırlanıb

Erməni millətçilərinin maddi və qeyri-mədəni irsimizə qarşı iddiaları ilə tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı işğalçılıq həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmaları ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir" adlı konfransda deyib.

O bildirib ki, Ermənistanın işğalçılıq hərəkətlərinə görə, 1 milyondan çox vətəndaşımızın bütün fundamental hüquqları pozulub:

"Milli mədəni sərvətlərimiz talan edilib, bölgəyə ölçüyəgəlməz ekoloji ziyan vurulub, insanların həyatına təhlükə törədən 100 minlərlə minalar basdırılıb. Bu səbəbdən, insanların azad edilən ərazilərə təhlükəsiz qayıdışı ləngiyir. Ermənistan milli kulinariyadan tutmuş musiqini mənimsəyərək işğalçılığa davam edir.

Şair və yazıçılarımızın ev muzeyləri talan edilib, klassik ustadların əsərləri məhv edilib. Müxtəlif tarixi əşyalar oğurlanaraq xarici ölkələrə aparılıb. Bizim evlərimizdən oğurlanmış əşyaları biznesə çevirmək fikirləri olub və bunu uzun illər həyata keçiriblər”.

Ombudsman diqqətə çatdırıb ki, Ermənistan tərəfindən aparılan hərbi əməliyyatlarda və yürüdülən nifrət siyasətində uşaqlardan istifadə edilməsi ilə bağlı hesabatlar hazırlanıb və nüfuzlu təşkilatlara təqdim olunub:

“Bu əməllərin qarşısının alınması üçün beynəxalq ictimaiyyətə çağırış edilib”.

Seçilən
98
2
ikisahil.az

3Mənbələr