AZ

Düşünmürəm ki, sülhməramlıların çıxmasından sonra ciddi dəyişiklik olsun – İqtisadçı ekspert

Rusiya sülhməramlılarının vaxtından əvvəl ölkəni tərk etməsi bir çox sahələrdə bu ölkə ilə əməkdaşlıqda hansı formada davam edəcəyi maraqlı məqamlardandır. İqtisadçı ekspert Natiq Cəfərov Herbiand.az-a açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın ancaq kənd təsərrüfatı ixracatında ciddi rol oynayır:
“Yəni bizim ixrac etdiyimiz ölkələrin siyahısına baxanda ilk 15 ölkə arasında Rusiya heç yoxdur. Amma idxalda ilk üçlükdə həmişə yer alıb. Bu nöqteyi-nəzərdən təqribən 2005-ci ildən bu tendensiya eyni qaydada davam edir. Və tendensiyada heç bir dəyişiklik olmayıb. Düşünmürəm ki, sülhməramlıların çıxmasından sonra da ciddi dəyişiklik olsun”.

Elnurə İSAXAN

Seçilən
98
herbiand.az

1Mənbələr