AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarımfinalın hər iki partiyasında Xəzər Babazadəni məğlub edən Aydın Süleymanlı adını finala yazdırıb.
Yarımfinalın ikinci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu üstələməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb (1:1). Bu gün onlar arasında tay-brek oynanılacaq.
Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun