AZ

Siyavuş Novruzov: Bizim ölkəni zəhərləyən İran vətəndaşı kimdir?

Bu gün bütün cəmiyyəti narahat edən məsələ narkotikdir.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, narkotik artıq məktəblərə yol tapıb: “Bu insanların müalicəsi üçün dispanserlər yoxdur. Bir dispanser var idi, onun da rəhbərliyi korrupsiya üstündfə məsuliyyətə cəlb edildi. “İran vətəndaşından almışam” ifadəsi artıq mövcuddur. Kimdir bizim ölkəni zəhərləyən, İran vətəndaşı kimdir? Narkotiklə mübarizəni ciddiləşdirməliyik. Bu problem hər bir şəxsin qapısını döyə bilər. Azərbaycanın milli mentalitetinə zidd olan və Azərbaycan uşaqlarının gələcəyini məhv edən bu sistemə son qoyaq”.


Telegram kanalımız
Seçilən
80
4
yenisabah.az

5Mənbələr