Vətəndaş nikahı Avropadan Azərbaycana keçib.
Yenisabah.az APA-ya xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı qeyd edib ki, Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır: “Amma Azərbaycanda vətəndaş nikahı getdikcə artır. Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb".
Deputat, həmçinin, vətəndaş nikahının insanlara yaratdığı çətinliklərdən bəhs edib.
Sədr Sahibə Qafarova isə qeyd edib ki, vətəndaş nikahı qanunsuzdur: “Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”.
Telegram kanalımız