Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı VolodimirZelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına(COP29) dəvət edib.
Trend xəbər verir ki, bubarədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosialşəbəkəsindəki hesabında məlumat verib.
O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirininbirinci müavini Andrey Sibiqa ilə görüşüb:
“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcəkCOP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyəünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.