AZ

Fürsət qapıları həmişə açıq qalmır -Ərdoğandan Ermənistana ÇAĞIRIŞ

Ümid edirəm ki, Ermənistan diasporu onları əsarətə saldığı qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək.
Trend xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərin qondarma "erməni soyqırımı" ilə bağlı sualını cavablayarkən bildirib.
O qeyd edib ki, indi bölgədə yeni nizam qurulur.
"Əsassız əzbərləri bir kənara qoymağın vaxtıdır. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi Paşinyan da bunu başa düşür. Tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar. Biz əvvəldən bu məsələ ilə bağlı çox açıq danışdıq və arxivimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır.
Ümid edirəm ki, Ermənistan diasporu onları əsarətə saldığı qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspora deyil, bir çox təşviqatçılar da Ermənistana təsir etməyə çalışırlar, izlədiyiniz kimi. Biz bunlardan xəbərdarıq. Vaxtaşırı xəbərdarlıqlar da vetdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar", - deyə R.T.Ərdoğan əlavə edib.

Seçilən
57
6
xalqcebhesi.az

10Mənbələr