AZ

Gənc cütlüyün faciəvi sonu -

Aprelin 22-də Qəbələdə 20 yaşlı qız intihar edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bum qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq həyatına son qoyub.

Bildirilib ki, B.Quliyevanın nişanlısı Qəbələnin Xırxatala kənd sakini 1991-ci il təvəllüdlü Rəşad Əlizadə bu ilin 16 martında Ağdaşda yük maşınlarının toqquşduğu ağır yol qəzasında həlak olub. Yol-nəqliyyat hadisəsi zamanı daha 2 nəfər də dünyasını dəyişib.

Həmin qəzadan əvvəl isə aprelin 23-nə, yəni bugünkü tarixə Rəşadla Bəhruzənin toyu təyin edilibmiş. Bəhruzənin nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilib.

İntihar edən qızın qardaşı - Bəhruz Quliyev 1992-ci ildə şəhid olub. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
144
22
metbuat.az

10Mənbələr