AZ

Konstitusiya Məhkəməsi qərardad qəbul etdi

Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1194-cü maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

 

Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 14-nə təyin edilmiş iclasında baxılacaq.

Tarix: 23 Aprel 2024, 14:54   
Seçilən
44
1
pravda.az

2Mənbələr