AZ

Yunus Oğuzun “Cığır”ı Qəbələdə

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yunus Oğuzun “Cığır” romanının müzakirəsi keçirilib.
Olaylar.az xəbər verir ki, müzakirədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova, Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova və yazıçı, publisist Yunus Oğuz çıxış edib.
Müzakirənin sonunda iştirakçılara imzalı kitablar hədiyyə edilib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan əsər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin ədəbi dillə təbliği istiqamətində mühüm addım hesab edilir.

image-3 image-2 image-3 image-4 image-5

Seçilən
100
5
veteninfo.az

5Mənbələr