“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarına Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir.
ADY-dan Bizim.Media-ya verilən məlumata görə, təmir-yenidənqurma işlərinin aparılması ilə bağlı hazırda qatarların Tovuz stansiyasında dayanması mümkün deyil.
“Yaxın aylarda təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və stansiya yenidən sərnişinləri qəbul edəcək”, - məlumatda qeyd olunur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta