AZ

Bakı-Ağstafa qatarının dayanacaqlarından biri ləğv edildi

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

Məlumata görə, hazırda qatarlara Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir. Təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və Tovuz stansiyası yenidən sərnişinləri qəbul edəcək.

Seçilən
29
14
axar.az

10Mənbələr