Bu gün qadın voleybolçular arasında Yüksək Liqada cari mövsümün son oyunu keçirilib.AzVision.az xəbər verir ki, final qarşılaşmasında "Azərreyl" və "Abşeron" komandaları üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşma "dəmiryolçular"ın 3:1 (25:13, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, "Azərreyl" mövsümün qızıl medallarına sahib çıxıb.
Ötən gün "Azərreyl"in kişilərdən ibarət komandası da finalda "Murov Az Terminal"ı (3:2) məğlub edərək ölkə çempionu olub.
Qadınların Yüksək Liqasında bürünc medalları "Gəncə"yə 3:0 hesabı ilə qalib gələn "Murov Az Terminal" əldə edib.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta