Sumqayıtda 58 yaşlı kişi müalicə aldığı xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.
APA xəbər verir ki, hadisə 1 saylı şəhər xəstəxanasında qeydə alıb.
1966-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Canıyev müalicə aldığı xəstəxananın sanitar qovşağının pəncərəsindən özünü atıb.
F.Canıyev nevroloji şöbədə müalicə alırmış.
Faktla bağlı araşdırma aparılır.