AZ

Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza

Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu BrayzaRegiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm.Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.O qeyd edib ki, sərhədlərin demarkasiyası məsələsi müəyyən vaxt ala bilər.M.Brayza Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına da münasibət bildirib, o bu hadisədən şoka düşdüyünü bildirib:"Ermənilər sülhməramlıların burada daimi qalmasını istəyirdi, çünki düşünürdülər ki, Rusiya onları həmişə qoruyacaq. Ancaq üçtərəfli sazişə əsasən onların fəaliyyəti limitli idi və artıq regionu tərk edirlər. Paşinyanın KTMT-dəki fəaliyyətini dondurmaq qərarından və Ermənistan Aİ-yə üzv olmaq niyyətindən sonra vəziyyət dəyişdi".M.Brayza noyabrda ABŞ-da keçiriləcək seçkilərə də münasibət bildirib. O qeyd edib ki, əgər Donald Tramp hakimiyyətə gəlsə, ABŞ-nin həm xarici, həm də daxili siyasətində daha bir çılğınlıq dövrü yaşanacaq.

Seçilən
80
10
adalet.az

10Mənbələr