AZ

Bakıda işçi mühafizə etdiyi idman zalının kassasını talayıb – VİDEO

İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib. Obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.

Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib.

Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Seçilən
83
26
nocomment.az

10Mənbələr