AZ

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd olunub – VİDEO

Aprelin 23-də "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası tarixi hadisəsinin birinci ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.Bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçirilən tədbirlərdə sərhədçilər tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzi olan dövlət bayrağının qaldırılması barədə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilməsi böyük qürur hissi ilə vurğulanıb.

Dövlət başçısı "Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkənin suveren hüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir” deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

"Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təhvil verilməsi təmin edilib.

Sonda "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümünə həsr edilmiş film nümayiş etdirilib.

www.anews.az
Seçilən
74
24
anews.az

10Mənbələr