23 aprel 2024-cü il tarixində Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Jurnalistlər İttifaqının nümayəndələri arasında təcrübə mübadiləsi məqsədilə görüş baş tutub.
Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri, gördüyü işlər və qarşıya qoyduğu hədəflər haqqında məlumat verərək, media sahəsində həyata keçirilən islahatların önəmindən, müasir medianın inkişaf yolundan danışıb. O, Azərbaycan və Özbəkistan həqiqətlərinin dünyaya çatdırılmasında qarşılıqlı əlaqələrin böyük rolu olduğunu vurğulayıb.
Özbəkistandan olan nümayəndə heyəti isə media və informasiya mühitində tərəfdaşlığın gücləndirilməsi istiqamətində səmərəli addımlar atmağın, müvafiq qurumların qarşılıqlı təmaslarında mütəmadiliyi təmin etməyin vacibliyini qeyd ediblər.
Görüş zamanı dezinformasiya və jurnalistikanın digər aktual problemləri ətrafında geniş fikir mübadiləsi aparılıb.