AZ

“Sumqayıt Tikiş” ASC səhmdarlarının toplantısı keçiriləcək

8 iyun 2024-cü il saat 13.00-da “Sumqayıt Tikiş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbət verir ki, yığıncaq Sumqayıt şəhəri, kottec, 24-cü məhəllə, 1-ci keçid 38 A. ASC-nin inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. ASC-nin idarəetmə orqanlarının 2023- cü ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. “Sumqayıt Tikiş” ASC-nin idarə heyətinin sədrinin və digər idarəetmə orqanlarının seçilməsi.

3. Digər məsələlər. hmumi yığıncağın gündəliyinə aid materiallarla tanışlıq üçün iş günləri ASC-nin rəhbərliyinə müraciət etmək olar.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Bununla yanaşı bildirilir ki, ASC uzun müddət fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir. Bu barədə keçmiş Vergilər Nazirliyinin müvafiq rəsmi sənədi vardır. 

Seçilən
189
1
fed.az

10Mənbələr