AZ

Şoyqunun müavini barəsində 2 aylıq həbs qərarı veriildi

Məhkəmə Rusiya Müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Vətəninfo.az xəbər verir ki, aprelin 23-də rüşvət almaqda şübhəli bilinərək saxlanılan İvanov istintaq təcridxanasına göndərilib.

Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) saxlanılıb.

Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-2016-cı illərdə – “Oboronstroy” ASC-nin baş direktoru, 2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.

Seçilən
102
11
moderator.az

10Mənbələr