AZ

Yamayka Fələstini dövlət kimi tanıdı

Yamaykanın Xarici İşlər və Xarici Ticarət Nazirliyi Fələstin dövlətini tanıdığını bildirib.
Tribunainfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit açıqlama yayıb.
Onun sözlərinə görə, Yamayka Nazirlər Kabineti toplantıdan sonra Fələstini rəsmən dövlət olaraq tanımağa dair qərar qəbul edib.
Conson Smit deyib ki, ölkəsi uzun müddətdir davam edən İsrail və Fələstin münaqişənin həlli üçün yeganə əlverişli variant kimi iki dövlət prinsipinin reallaşmasını həll yolu olaraq görür və onu müdafiə edir.

Seçilən
20
4
tribunainfo.az

10Mənbələr