AZ

Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda Elmi Konfrans keçirilib (FOTO)

Bakı. Trend:

23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası DövlətGömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və TədrisMərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “AzərbaycanQastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycanİnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyəti”nin vəAbbott şirkətinin birgə təşkilatçılığı ilə "Son mərhələ qaraciyərxəstəliyi və viral hepatitlər" mövzusunda Elmi konfranskeçirilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d.,əməkdar həkim Ceyhun Məmmədov konfransı açaraq iştirakçılarısalamlayıb və bildirib ki, ölkə təbabəti üçün aktual olan mövzuyahəsr edilmiş bugünkü tədbirdə həm təcrübəli həkimlər, həm dəhəkim-rezident və tələbələr iştirak edirlər. Ceyhun Məmmədov deyib:“Hər il dünyada 1 milyon 400 mindən çox insan viruslu hepatitlərəgörə həyatını itirir. 290 milyondan artıq xəstə hepatitlərdənəziyyət çəkir, bunlardan təxminən 250 milyonu hepatit B-nin, 40milyonu isə hepatit C-nin payına düşür. Təəssüf ki, cəmiyyətimizdəbəzən insanlar viruslu hepatit diaqnozu qoyulanda özlərini narahathiss edirlər, bunu gizlətməyə çalışırlar. Halbuki, bu gün hepatitB-yə qarşı çox effektiv profilaktika – peyvənd mövcuddur, hepatit Bvə C-nin müalicəsi də bəllidir, sağalması mümkündür”.

İdarə rəisi Azərbaycanda bu xəstəliklərlə bağlı müxtəlifistiqamətlərdə aparılan işlərə toxunaraq, Səhiyyə Nazirliyininnəzdində yaradılmış və viruslu hepatitlərdən əziyyət çəkənxəstələrə yardım göstərən, onları dərmanlarla təmin edən xüsusikomissiyanın fəaliyyətini qeyd edib. Ceyhun Məmmədov deyib:“Konfransın mövzusu Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə dəsıx bağlıdır, çünki Hospitalın Orqan transplantasiyası şöbəsindəcanlı donorlardan qaraciyər və böyrək transplantasiyasıəməliyyatları həyata keçirilir. Bildiyiniz kimi, ən ağır qaraciyərxəstələri üçün orqan köçürülməsi bəzən son ümid və yeganə çıxışyoludur. Sevindirici haldır ki, keçən ildən qaraciyərtransplantasiyası İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxiledilib və hazırda bizim Hospitalda tam ödənişsiz icra edilir”.

Sonra salamlama nitqi ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmətİdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli MəclisinSəhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim RəşadMahmudov çıxış edib. O deyib: “Bu gün biz bir tibb müəssisəsiolaraq qürurla deyə bilərik ki, Mərkəzi Gömrük Hospitalı sonmərhələ qaraciyər xəstəliyi və hepatitlərin müalicəsində mühümnailiyyətlər qazanıb. Hospitalın Orqan transplantasiyası şöbəsindəən ağır psixoloji durumda olan xəstələrin və onların ailələrininsosial tərəfdən idarə olunması prosesi tənzimlənir, artıqHospitalda orqan köçürülməsi əməliyyatları İcbari Tibbi Sığortanınxidmətlər zərfi çərçivəsində uğurla icra edilir. Mərkəzi GömrükHospitalının yüksək qiymətə layiq olan bu təcrübələrinin digər tibbmüəssisələri ilə paylaşılması çox mühüm önəm daşıyır və bu işhazırda genişlənməkdədir. Yəni Hospitalın əməkdaşları bu sahədəolan təcrübələrini həm də digər müəssisələrin həkimlərinəçatdırırlar”.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqantransplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah,transplantoloq Mircəlal Kazımi tədbr iştirakçılarına uğurlararzulayıb və əminliyini bildirib ki, konfransın nəticələri onu həmcanlı, həm də onlayn izləyən bütün həmkarlarına faydalı olacaq.Elmi konfransda yüksək ixtisaslı mütəxəssislər tərəfindən virusluhepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyərsirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom,qaraciyər transplantasiyası və transplantasiyadan sonrakıinfeksiyalar barədə təqdimatlar edilib, auditoriyanı maraqlandıransuallar cavablandırılıb.

Mərkəzi Gömrük Hospitalının həkimləri: Cərrahiyyə və Orqantransplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah,transplantoloq Mircəlal Kazımi “Son mərhələ qaraciyər yetməzliyi:qaraciyər transplantasiyası”, Efferent terapiya şöbəsinin rəisi,həkim-nefroloq Mirmənsim Məmmədov “Hepatorenal sindrom” vəhəkim-infeksionist Mədinə Abdullayeva “Qaraciyər transplantasiyasısonrası infeksiyalar”, İ.M.Seçenov adına Moskva Birinci Dövlət TibbUniversiteti Bakı Filialının Daxili xəstəliklər kafedrasınındosenti, t.ü.f.d., həkim-hepatoloq Gülnarə Ağayeva “Virusluhepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər” və MedErahospitalının həkim-infeksionisti Azər Nağıyev “Qaraciyər sirrozunundiaqnostika və müalicə prinsipləri” mövzusunda çıxış ediblər.

Konfrans əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında,distant olaraq isə ZOOM platformasında həyata keçirilib. Elmikonfransda pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq,qastroenteroloq və infeksionist ixtisasına malik həkim vərezidentlər iştirak ediblər. Konfrans 4 DTT balı iləqiymətləndirilmişdir.

Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Seçilən
89
3
az.trend.az

4Mənbələr