AZ

Xidmət rəisinin müavini ordenlə təltif olundu

Allahverən İbiş oğlu İsmayılov 3‑cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

A.İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavinidir, general-mayordur.

 

 

Seçilən
69
7
musavat.com

10Mənbələr