AZ

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

525.az xəbər verir ki, Azərbaycan dövlətinin başçısı mətbuata bəyanatında deyib:

“Mən Sadır Nurqojoyeviçə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq və məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəyik. Belə qardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir”.























Bizi Facebookda izləyin

Seçilən
100
25
525.az

10Mənbələr