AZ

Azərbaycan СОР29 platformasından öz tarixindən bəhs etmək üçün istifadə edə bilər- Metyu Brayza

Azərbaycan СОР29 platformasından öz tarixindən bəhs etmək üçün istifadə edə bilər.
Bu barədə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun kuluarında deyib.
“СОР29-a gəlincə, bu Azərbaycan tarixində ən böyük hadisələrdən biridir. Bütün dünya bu tədbiri müşahidə edəcək və hamı onun uğurla keçirilməsini istəyir. Azərbaycan indi öz tarixindən bəhs etmək üçün bu məqamdan istifadə etməlidir”, – deyə o vurğulayıb.
Keçmiş səfir həmçinin, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin uğurla başladığını qeyd edərək prosesin sürətlənəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, aprelin 24-də Laçında 30 ölkədənn 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum çərçivəsində konfrans öz işinə başlayıb.
ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi konfransda akademiklər, keçmiş səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri dayanıqlı inkişaf və “yaşıl” enerji sahəsində təcrübələrini bölüşüblər.
Aprelin 23-də onlar ADA Universitetində “COP29 və Azərbaycana Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar(trend).

Seçilən
644
1
azpost.info

2Mənbələr