Rusiya Tur Sənayesi Assosiasiyası Şengen vizası müraciətlərinin qiymətləndirilməsi prosesinin 60 günə qədər uzadıldığını açıqlayıb. Rusiyada bu vizalar əvvəllər 2,5 həftəyə alına bilərdi.
Fins.az “Moskvichmag” jurnalına istinadən xəbər verir ki, turoperatorlar Fransanın qeydiyyat üçün məhdud sayda yer təklif etməsindən şikayətlənirlər. Bildirilir ki, İtaliya konsulluğu sənədləri ən tez 4-5 həftəyə verir.
Macarıstan və Yunanıstanda bu müddət 2 ilə 4 həftə arasındadır. Bununla belə, jurnal fərdi müraciətlər üçün müddətin 2 aya qədər uzadıla biləcəyini yazıb.
Jurnalla danışan BSI Group nümayəndəsi İvetta Verdiyan Rusiyada Şengen müraciətlərinin keçən illə müqayisədə 40-45 faiz artması səbəbindən vizaların verilməsi müddətlərinin uzadıldığı qənaətindədir.
Günel Məlikzadə
Fins.az