AZ

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR

Gələn ay keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qaytarılmasına başlanılacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Qarabağda dayanıqlı inkişaf mövzusunda paneldə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O qeyd edib ki, gələn ay 30 il aradan sonra doğma şəhərlərinə qayıdan ilk köç karvanı Şuşaya yola düşəcək.

“Yeni yaşayış massivində 370 ailə mənzillə təmin olunacaq. Bu komplekslə birlikdə 2026-cı ilin sonuna hədəfimiz 110 yaşayış binası inşa etməkdir. Bunlar dörd, beş və ya altımərtəbəli binalar olacaq. Bu da bizə təxminən 8000 nəfəri yerləşdirməyə imkan yaradacaq. Bütün bu binalar yeni istilik izolyasiya standartlarına uyğun olaraq tikiləcək. Nəticədə onların enerji səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq”, – Aydın Kərimov vurğulayıb.

Seçilən
39
20
veteninfo.az

10Mənbələr