AZ

Fransanın sərnişin təyyarəsi Bakıya qəza enişi edib, aeroportda həyəcan siqnalı elan olunub – FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air France” aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə apa-ya aeroportun mətbuat xidmətindən bildirilib.

Osaka-Paris marşrutu ilə hərəkət edən “Boeing 777” hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

“Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. “Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib. Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.

 

Seçilən
144
40
nocomment.az

10Mənbələr