AZ

Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - emosional baxımdan mürəkkəb gündür. Yaxın ətrafınızdakı insanların ünvanına kəskin tənqid və iddialardan çəkinin. Həddən ziyadə təşəxxüslü və eqoist olsanız, sizə qarşı olanların sayı artacaq, intriqalar güclənəcək.

Cari işləri və xüsusilə də maliyyə məsələlərini fasiləsiz nəzarətdə saxlayın. Yalan, fırıldaq, uğurlarınızı və işinizin bəhrəsini mənimsəmək cəhdləri olacaq. Başqalarının fəaliyyəti, əməllərinin motivləri və cavab reaksiyalarını dəyərləndirməyə tələsməyin.

Əhvalınızı yaxşılaşdıra biləcək məsələlərə diqqəti artırın. İndi nəticələri nəzərdən keçirmək, nailiyyətləri təhlil etmək vaxtıdır.
Yeni orientirlər seçin. Səhhətinizə fikir verin.

Daha yaxşı təsir bağışlamaq üçün ətrafdakıların fikir vermədikləri xırda problemləri həll edin.
Maraqlı görüşlər ola bilər.

Köhnə umu-küsü və səhvləri unularaq yeni perspektivləri araşdırmağa başlayın.

Buğa - ciddi və köklü iş görmək istəyirsinizsə, problemlər qaçılmazdır. Kimsə aktivliyinizi məhdudlaşdırmağa, qəribə və absurd, amma hiss olunan sədlərlə maneələr yarada bilər.

Əgər dürüst istiqamətdə irəlilədiyinizə şübhə etmirsinizsə, xeyli problemi sürətlə həll edə biləcəksiniz.
Fəaliyyət prinsipində dəyişikliklər, köklü islahatlar və yenidənqurmalar vaxtı çatıb. Aktivləşin, mənfəəti əldən verməyin. Ünsiyyətin ənənəvi təmaslardan fərqli nəticə verə biləcəyi, uğur vəd olunan görüşə qatılın.

Dəyişmək istədiyiniz bütün işlər üçün əlverişli zamandır. İnqilabi istəklər və çevriliş etmək vaxtı deyil.
Əlaqələrlə təmasları bərpa etmək və planlarınızın dəstəklənməsinin təminatı xüsusi əhəmiyyət kəsb edir.

Əkizlər - bir sıra olaylarda və situasiyalarda dominion rolunu oynamaq istəyəcəksiniz. Şərtlər çərçivəsindən çıxmayın, üstünlüklərinizdən bəhs etməyin, yaxın ətrafınızdakı insanların hisslərinə diqqət yetirin. Yaxın saydığınız insanlarla gün ərzində münaqişə yarana bilər.

Ünsiyyəti məhdudlaşdırın, maraqlı hesab etdiyiniz işlə məşğul olun.
Şəxsi münasibətlərdə hisslərin təsiri artır.

Rəğbət bəslədiyiniz insanın qatıldığı tədbirə yollanın.

Xərçəng - bilik, bacarıq, çeviklik və reaksiya sürətiniz sınaqdan keçir. Münasibətlərdə yaranan intriqanın felinə uymayın, vəziyyəti nəzarətdə saxlayın. Hadisələrin intensivliyi müvəqqəti başgicəllənmə effekti yarada bilər.

İşdə tapşırıqları və başa çatdırılası əməllərin sayı artır. Təcili və önəmli olmayan bütün işləri təxirə salın. Qarşınıza konkret məqsədlər qoyaraq yaxın ətrafınızdakı insanlara işə ciddi yanaşdığınızı göstərin.

İdeallarınızı unutmayın, onlara uyğun gəlməyə çalışın. Aktiv olun, çəkinməyin - hər şey alınacaq. Pozitiv emosiyaların sayı və intensivliyi artacaq. Hadisələrdə uğurlu dönüşlər və xoş yenilikliklər ola bilər.

Kimsə sizə qarşı iddia ilə çıxış edərsə, sinirlənməyin: həmin şəxsin dediklərində müəyyən həqiqət ola bilər.

Şir - planlar, istəklər, tələblər və iddialar çoxdur. Lakin artıq etiraf etmək gərəkdir ki, bəzi işlərlə bağlı artıq ləngimə, gecikmə var. Yaşam sizi təcili tapşırıqlar qarşısında qoyur, seçimə tələbat yaradır. İstəklərlə niyyətləri imkanlar və resurslarla uyğunlaşdırmaq asan deyil.

Hansısa işi pozitiv istiqamətdə dəyişəcək hadisələr yaşana bilər. Emosional situasiya yaranarsa, ona dərhal və dürüst reaksiya vermək gərəkdir.

Təhlükəsizliyinizi təmin edin, münaqişəli situasiyalara qatılmayın.

Amma unutmayın ki, ən yaxşı ideyalar həmişə emosional dalğa zamanı yaranır. İmkanlarla şansları qaçırmayın, işin xeyrinə ən kiçik detaldan da faydalanın.

Seçilən
210
2
publika.az

3Mənbələr