Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəzi səlahiyyətlilər tərəfindən 1915-ci il hadisələri ilə bağlı “bəzi radikal dairələri razı salmaq” məqsədi ilə səsləndirilən birtərəfli bəyanatları rədd etdiklərini bildirib.
Publika.az xəbər verir ki, nazirlik 1915-ci il hadisələri ilə bağlı bəzi ölkələrin səlahiyyətlilərinin verdiyi bəyanatlara dair yazılı açıqlama verib.
“Bəzi radikal dairələri razı salmaq üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik. Tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib.