AZ

NATO Rusiyaya qarşı təlimlər keçirir

NATO faktiki olaraq Rusiyaya qarşı Avropada hərbi təlimlər keçirir. 

"Unikal" xəbər verir ki, ABŞ-nin Avropadakı quru qoşunlarının komandanı, general Darryl Uilyams "New-York Times" qəzetinə müsahibəsində bildirib. 

"Bu il biz əslində ruslara qarşı təlimlər keçiririk. Biz potensial rəqibimizlə mübarizə aparırıq. NATO qüvvələrinin Soyuq Müharibədən bəri ən böyük nümayişi olacağı gözlənilən təlimin bir hissəsidir və bu, Rusiya prezidenti Vladimir Putinə güclü siqnal göndərmək məqsədi daşıyır. Onun ambisiyalarının Ukraynadan kənara çıxmasına imkan verilməməlidir", - deyə Uilyams vurğulayıb.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu NATO-nun təlimləri barədə danışıb. Nazir izah edib ki, “Ukrayna Təhlükəsizliyə Yardım Qrupu”nun qərargahı Almaniyada ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Avropa Komandanlığının bazasında yerləşdiriləcək.

Gülayə Mecid 

Seçilən
176
6
unikal.az

6Mənbələr