AZ

Premyer Liqa tarixində antirekord

İngiltərə Premyer Liqasında yeni antirekord qeydə alınıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, “Şeffild Yunayted” bir mövsümdə buraxılan qol sayında tarixin ən zəif göstəricisini rəsmiləşdirib.

Bu, XXIX turun “Mançester Yunayted”lə görüşündə rəsmiləşib. Şeffild təmsilçisi 2:4 hesabı ilə uduzub.

Bununla da autsayderin buraxdığı qolların sayı 92-ya çatıb. Bu, 20 komandalı, 38 oyundan ibarət mövsümlər üçün antirekorddur. 2007/08 mövsümündə "Derbi Kaunti" 89 top buraxıb.

42 oyunluq mövsümlərin antirekordu “Suonsi”yə məxsusdur. Uelslilər 1993/94 mövsümündə 100 qol buraxıblar.

Qeyd edək ki, “Şeffild Yunayted” 34 oyundan sonra 16 xalla sonuncu pillədə qərarlaşıb.


Seçilən
40
3
news24.az

4Mənbələr