AZ

“Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”

“Görünür ki, Musa üçün çox çətindir”.

İdman.biz xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Laqerlöf deyib.

O, Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının komandadakı durumuna aydınlıq gətirib: “Bu, çox üzücü vəziyyətdir. Çünki ardıcıl iki oyundur heyətə də daxil edilmir. Məsələ ondadır ki, protokola cəmi 20 futbolçunun adı daxil edilir. Bu da komandada rəqabəti artırır. Biz seçim etməli oluruq”.

Qeyd edək ki, 22 yaşlı hücumçunun adı “Sirius” (2:0) və AİK-ə (0:2) qarşı matçların protokoluna daxil edilməyib.

İdman.biz

Seçilən
110
2
idman.biz

3Mənbələr