Azərbaycan Kubokunun 2023/24 mövsümünün finalçıları bəlli olub.
Offsideplus.az xəbər verir ki, “Qarabağ” 11-ci, “Zirə” 2-ci dəfə həlledici oyuna vəsiqə qazanıb.
Ağdam klubu bununla da turnirin rekordunu təkrarlayıb. Bunadək yalnız “Neftçi” 11 finalda oynayıb. “Qarabağ” əvvəlki 10 finalda 7 dəfə kuboku başı üzərinə qaldırıb. 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017 və 2021/2022 mövsümlərində turnirin qalibi olan Ağdam təmsilçisi üç dəfə (1995/1996, 1997/1998, 1999/2000) həlledici matçda büdrəyib.
“Zirə” hərəyə iki dəfə yarımfinalı adlayan klublara çatıb. Buna “Kür Nur”, “Şəmkir” və “Sumqayıt” nail olub.
Ümumilikdə isə tarix ərzində 18 komanda finalda iştirak edib: “Neftçi”, “Qarabağ” – 11, “İnter” (indiki “Şamaxı”) – 6, “Xəzər Lənkəran”, “Qəbələ” – 5, “Kəpəz” – 4, “Bakı” – 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt”, “Zirə” – 2, “İnşaatçı”, “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” (Lənkəran), “İnşaatçı” (Sabirabad) – 1 dəfə.