Ermənistan hökuməti İranın Təbriz şəhərində Baş konsulluq açmaq haqqında qərar qəbul edib.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin aprelin 25-də keçirilən iclasında qəbul olunub.
Konsulluğun xərclərinin smetası da təsdiqlənib. İclasda baş konsulun aylıq əməkhaqqısının 2 565 dollar, yaxud Ermənistanın Tehrandakı səfirinin maaşının 5/6 nisbətində olması təsdiqlənib.
Xatırladaq ki, 2022-ci il oktyabrın 21-də İranın Ermənistanın Qafan şəhərində Baş konsulluğu açılıb. 2023-cü ilin dekabrında İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahian Tehranda ermənistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında 2024-cü ilin əvvəlində Təbrizdə Ermənistanın Baş konsulluğunun açılacağını bəyan etmişdi.
Telegram kanalımız