"Neftçi" klubunun 11 yaşadək futbolçulardan ibarət komandası Rusiyada beynəlxalq turnirə qatılacaq.
"İki sahil" "Sport-express" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Lev Yaşinin adına "Dinamo" akademiyasının Novoqorskda təşkil edəcəyi yarışa qatılacaq.
Turnirdə 2013-cü il təvəllüdlü oyunçular mübarizə aparacaqlar.
Azərbaycan təmsilçisindən başqa, Rusiyanın "Dinamo", "Spartak", ÇSKA, "Krasnodar", Belarusun "Dinamo" (Minsk), Qazaxıstanın "Kayrat", Özbəkistanın "Dostluq" komandaları da yarışda iştirak edəcəklər.
Turnir mayın 2-dən 4-dək təşkil olunacaq.