“Qəbələ” klubunun futbolçusu Ülvi İsgəndərov əməliyyat olunub.
Msport.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.
Əməliyyat uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Ü.İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.