Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video
Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb.
"Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyət yaradıb. Sürücü avtomobili sağa çəkərək aşağı sürətlə idarə etsə də, bu halın qəbuledilməz olduğu bildirilib.
Baş DYP İdarəsinin Mətbuat xidmətindən saytımıza bildirilib ki, bu kimi hallar yolverilməzdir və görüntüdəki avtomobillə bağlı müvafiq araşdırma aparılır.