Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyanın ən böyük avtomobil istehsalı korporasiyası olan “Toyota Motor” 2023-cü maliyyə ilində (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) ümumilikdə 9,97 milyondan çox avtomobil istehsal edib.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.
Məlumata görə, 2022-ci maliyyə ili ilə müqayisədə istehsalın həcmi 9,2 % artıb. Bununla belə, şirkət hədəflədiyi göstəriciyə, yəni 10,1 milyon nəqliyyat vasitəsinin istehsalına nail ola bilməyib.
“Toyota Motor” 2023-cü maliyyə ilində dünya üzrə 10,3 milyondan çox avtomobil satıb. Bu korporasiya üçün rekord göstərici olub. Satış həcmi əvvəlki illə müqayisədə 7,3 % artıb. Bu, ABŞ, Avropa İttifaqı ölkələrində və Yaponiyada sabit tələbatla bağlı olub. Digər tərəfdən, ən böyük avtomobil bazarı olan Çində satışlar azalıb.