AZ

Rusiya XİN-dən THY açıqlaması

Rusiya Xarici İşlər Nazirliyindən Türk Hava Yollarının bəzi Latın Amerika uçuşlarında, xüsusilə Meksikaya uçuşlarında Rusiya vətəndaşlarının yaşadıqları ciddi problemlərlə bağlı yeni açıqlama verilib.

Fins.az xəbər verir ki, xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a açıqlamasında rusların Türk Hava Yollarının təyyarələrinə Meksikaya minməsinin qarşısının alınmasında yaranan problemlərin Vaşinqtonun Meksika hökumətinə etdiyi təzyiqlərdən qaynaqlandığını bildirib.

"Məncə, bunun səbəbini təxmin etmək asandır, xüsusən də Meksika ilə bağlı. Bu ölkənin hakimiyyəti Vaşinqtonun təzyiqi altındadır ", - Ryabkov bildirib.

Son illərdə Meksika üzərindən ABŞ-a qeyri-qanuni xarici girişlərin artması da beynəlxalq problem kimi gündəmdədir. Təkcə Rusiya deyil, Türkiyə və digər ölkələrin vətəndaşları THY reysləri ilə Meksikaya gedərkən ciddi sənəd yoxlamasından keçirlər.

Qeyd edək ki, aprelin 24-də ATOR Türkiyə aviaşirkətinin Rusiyadan Meksikaya aviabiletlərin satışını dayandırdığını, həmçinin turizm agentliklərini bu istiqamətdə uçuşlar üçün biletləri ləğv etməyə və ya iyulun 31-dək marşrut, uçuş tarixlərini dəyişməyə dəvət edib. 

Günel Məlikzadə
Fins.az

 

Seçilən
71
fins.az

1Mənbələr