Ermənistanda qanun yoxdur, Nikol Paşinyan var.
Milli.Az Unikal-a istinadən xəbər verir ki, bunu erməni deputat Qeqam Manukyan Baqrataşendə baş verən insidenti şərh edərkən deyib.
"Ermənistanda elə bir vəziyyət yaranıb ki, jurnalistlər informasiya azadlığı haqqında qanunu, deputatlar reqlamentini, vətəndaşlar da bir sıra qanunları unutmalıdırlar, çünki Ermənistanda qanun yoxdur, Nikol Paşinyan var".
Xatırladaq ki, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Baqrataşen hissəsində gərgin vəziyyət yaranıb. İnsanlar yolu bağlayıblar. Onların yanında "Ermənistan" fraksiyasının deputatları Qarnik Danielyan, Qeqam Manukyan, Aspram Krpeyan da olub. Həmin ərazidə polislə vətəndaşlar arasında baş verən mübahisə nəticəsində Qarnik Danielyan huşunu itirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun