AZ

Rusiya limanı 500 kq bomba səbəbindən boşaldıldı

Rusiyanın Murmansk şəhərində Böyük Vətən Müharibəsindən qalma 500 kiloqramlıq bomba aşkar edildiyi üçün liman işçiləri təxliyə edilib.   Manset.az xəbər verir ki, bu barədə Murmansk Dəniz Ticarət Limanının mətbuat xidməti məlumat yayıb. Hava bombası işçilər tərəfindən aprelin 23-də qazıntılar zamanı aşkar edilib. Bütün işçilər evakuasiya edilməli olub, limanın fəaliyyəti qismən dayandırılıb. Aprelin 25-də Rusiya Fövqəladə Hallar Nazirliyinin Nevski Xilasetmə Mərkəzinin minalardan təmizləmə qrupunun mütəxəssisləri Sankt-Peterburqdan tapıntı yerinə gəliblər.

Murmansk vilayətinin Fövqəladə Hallar Nazirliyinin rəis müavini Aleksandr Şilnikovun sözlərinə görə, mərmi xüsusi daşınma üçün avtomobilə yüklənib. Hazırda aviabombanın çıxarılması və sonrakı zərərsizləşdirilməsi üçün hazırlıq işləri görülür.

Seçilən
58
2
manset.az

3Mənbələr