AZ

Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ

Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Ulusal.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov aprelin 25-də Fərid Bağırzadənin Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Fərid Bağırzadəyə həvalə edilib.

Fərid Bağırzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri idi.

Qeyd edək ki, Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bu gün muxtar respublikanın baş naziri təyin edilib.

Seçilən
115
17
moderator.az

10Mənbələr