AZ

Latviyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Datse Rutka bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Məsələ ilə bağlı rəsmi açıqama verilməsə də, bunun Latviyadakı orta məktəblərdə Rus dilinin tədrisinin qadağan edilməsi ilə bağlı olduğuna dair fikirlər səslənir.

Rəsmi Moskva rəsmi Riqanın bu qərarını diksriminasiya adlandırıb. Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova isə bildirib ki, analoji qərarlar rusdilli əhalinin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, Latviya hökuməti 2026-cı ildən etibarən Rus dilini Tədris Proqramından çıxarılmasına qərar verib.
 
///Apa
Seçilən
32
2
azxeber.com

3Mənbələr