ABŞ və daha 17 ölkə Fələstinin HƏMAS hərəkatından Qəzza zolağında 200 gündən çox saxlanılan girovları azad etməyi tələb edir.
Bu, dövlət liderlərinin Ağ Evin saytında dərc olunmuş birgə bəyanatında deyilir.
Bəyanata Avstriya, Argentina, Braziliya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, İspaniya, Kanada, Kolumbiya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Tailand və Fransa qoşulub.
“Biz HƏMAS-ın Qəzzada 200 gündən çox saxladığı bütün girovları dərhal azad etməyə çağırırıq. Onların arasında vətəndaşlarımız da var. Qəzzadakı girovların və mülki şəxslərin beynəlxalq hüquqla qorunan taleyi beynəlxalq narahatlıq doğurur”, - bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, belə bir razılaşma dərhal və davamlı atəşkəsə gətirib çıxaracaq, əlavə humanitar yardımın artırılmasını “asanlaşdıracaq” və hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq.