“Portu” baş məşqçi Serjiu Konseysaunun müqaviləsini uzadıb.
İdmanxeber.az məlumat verir ki, 49 yaşlı mütəxəssisin sözləşməsi 2028-ci ilin yayına qədər artırılıb. Portuqaliyalı mütəxəssislə bir çox Avropa nəhəngi yaxından maraqlanırdı.
Konseysau 2017-ci ildən “Portu”da işləyir. O, “əjdahalar”ı 3 dəfə Portuqaliya çempionu edib.